AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qazprom” şirkətinin xalis mənfəəti təxminən 90 faiz azalıb

  • + A
  • - A
  • 30-04-2021, 22:45

    AzadMedia.az xəbər verir ki, 2020-ci ildə “Qazprom” şirkətinin xalis mənfəəti təxminən 90 faiz azalıb.

    Belə ki, “Qazprom” bunu qiymətlərin enməsi ilə izah edib. Ötən il “Qazprom”un xalis mənfəəti 135,3 milyard rubla (1,82 milyard dollar) düşüb.

    Şirkətin Avropaya təbii qaz satış həcmində 6 faiz və ya 13,4 milyard kubmetr azalma olub. “Qazprom” 2020-ci ildə Avropaya 219 milyard kubmetr, 2019-cu ildə isə 232,4 milyard kubmetr təbii qaz satıb. Daxili qaz satışları da 236 milyard kubmetrdən 225 milyard kubmetrə enib.

    2019-cu ildə 507 milyard kubmetr olan “Qazprom” ümumi qaz satışı ötən il 475 milyard kubmetrə düşüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR