Naməlum şəxslər İordan çayının qərb sahilində İsrail hərbi postunu atəşə tutub.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Bu yaxınlarda Yəhudeya və Samariyanın Nablus ərazisində (İordan çayının qərb sahilində) hərbi postu atəşə tutmağa cəhd edilib. Atışma Nablus istiqamətindən hərəkət edən avtomobildən həyata keçirilib”,- deyə məlumatda bildirilir. Yaralılar barədə məlumat yoxdur.
Ərazidə onlarla mərmi gilizləri tapılıb, şübhəlilərin axtarışını davam etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.