Fransanın cənubunda koronavirusun yeni variantı aşkarlanıb.
Bu barədə Avstriyanın “Heute” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, yeni ştam Kamerundan Fransaya qayıdan bir neçə şəxsdə aşkar edilib.
Mütəxəssislər virusun bu variantının sözügedən Afrika ölkəsində geniş yayıldığını istisna etmirlər.
Marsel həkimləri tərəfindən kəşf edilən yeni ştam şərti olaraq B.1.640.2 adlandırılıb.
Fransız alimlərinin araşdırmasında yeni variantda 46 mutasiyanın müəyyən edildiyi bildirilir.
Bu ştamın təhlükəsi və ya yoluxma səviyyəsi məlum deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.