Helmand əyalətində Britaniya dəyərlərini yaymaq və ingilis dilini öyrətmək üçün işə götürülən əfqanlar BBC-yə bildiriblər ki, onlar hələ də Talibandan gizlənirlər və “repressiyalardan qorxurlar”.
Britaniya Şurasının 100-ə yaxın keçmiş əməkdaşı hələ də Əfqanıstandadır və hələki Böyük Britaniyaya gəlmək hüququndan məhrum edilib.
"Hamımız həbsxanada olduğu kimi içəridə oturmuşuq" deyən müəllimıər pullarının tükəndiyini söyləyir.
Xarici İşlər Nazirliyi yeni rejimin Böyük Britaniyaya daha minlərlə insan gətirəcəyini söyləgir.
Müəllimlərə yeni Əfqanıstan Vətəndaşlarının Köçürülmə Sxeminə müraciət edə biləcəkləri bildirilsə də, avqust ayında Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra çoxları gizlənib.
Mədəni və təhsil əlaqələrini inkişaf etdirmək üçün bütün dünyada işləyən ictimai qurum olan British Council deyir ki, onların indi üzləşdiyi risk ciddidir.
"Biz bilirik ki, keçmiş həmkarlarımız getdikcə daha çıxılmaz vəziyyətdə yaşayırlar, çünki ölkədə vəziyyət pisləşməkdə davam edir",- deyə British Council-ın baş icraçı direktoru Scott McDonald bildirib. O, müəllimləri "Böyük Britaniyanın Əfqanıstandakı siması" kimi təsvir edib.
"Biz bunu etməli idik"
Əsl adını istifadə etmədiyimiz 20 yaşlarında olan “Rəhimallah” iki il Britaniya qoşunlarının 2014-cü ilə qədər yerləşdiyi Helmandda “riskli və təhlükəli” şəraitdə British Council-da çalışıb.
Onun vəzifələrindən biri məktəb müəllimlərinə "bərabərlik, müxtəliflik və inklüzivlik" öyrətmək idi. Çox vaxt güclü yerli müxalifət qarşısında, hətta bir çox yaxşı təhsilli kişi müəllimlərin gender bərabərliyi ideyasını rədd etdiyini bildirib.
o, BBC-yə - "Biz bunu etməliydik", deyib; - "Biz onlara dedik ki, lezbiyanlar, geylər və biseksuallar bizim əfqan icmalarımızda qəbul edilməlidir, lakin onlar bunu rədd etdilər. Onlar dedilər ki, mən tamamilə İslam dəyərlərinə zidd bir iş görürəm".
O, gizlənir - işləyə bilmir və ailəsini görə bilmir və əmindir ki, Taliban onu tapsa, öldürüləcək:
“Mənim bir qohumum “Facebook”da Taliban əleyhinə yazılar yazıb ki, onlar müəllimlərin maaşını verə bilmirlər. "Ertəsi gün Taliban kəşfiyyatçıları onu oğurlayıb, işgəncə verib öldürüblər, sonra isə cəsədini Helmand çayına atıblar. Sadəcə, Facebook-da paylaşım üçün. Əminəm ki, onlar da mənimlə eyni şeyi edəcəklər."
Tərcümə etdi: Elnurə Abuşova