AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KTMT-nin Qazaxıstandan çıxarılması barədə qərar imzalandı (YENİLƏNİB)

  • + A
  • - A
  • 13-01-2022, 18:50


    Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar qəbul olunub.

    Bu barədə KTMT-ya üzv ölkələrin Müdafiə Nazirlərinin Şurasının növbədənkənar iclasında birgə qərar imzalanıb.

    Qərarı Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan müdafiə nazirləri imzalayıb.

    Kontingentin çıxarılması prosesinin sabah başlayacağı və yanvarın 19-da Qazaxıstandan tam çıxarılacağı vurğulanıb.

    ***12:43

    Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstandakı sülhməramlı missiyası uğurla başa çatıb.

    Bunu KTMT sülhməramlıları kontingentinin komandanı, general-polkovnik Andrey Serdyukov deyib.

    O, sülhməramlıların qısa müddətdə vətəndaşların təhlükəsizliyini təmin edə bildiyini, vəziyyətin sabitləşməsinə yardımçı olduğunu və həyati vacib obyektlərin fasiləsiz işləməsini təmin etdiyini vurğulayıb.

    Qeyd edək ki, bugündən KTMT sülhməramlılarının Qazaxıstandan çıxması prosesi başlayacaq. Prosesin 10 günə tamamlanacağı gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR