Qazaxıstanın Baş Prokurorluğu ölkədə baş verən iğtişaşlar zamanı ölən və yaralananların sayını açıqlayıb.
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Bildirilir ki, Qazaxıstanda iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4,5 mindən çox insan yaralanıb. Ölənlər arasında 19 polis və hərbçi var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.