Fevralın 1-dən Filippin hakimiyyəti koronavirusa qarşı peyvənd olunmuş turistlərə karantindən keçmədən ölkəyə daxil olmağa icazə verəcək. Bu barədə Azadmedia.az TASS-a istinadən yazır.
COVID-19-a qarşı tam peyvənd olunmuş beynəlxalq sərnişinlər uçuşdan ən geci 48 saat əvvəl alınan mənfi PCR testini təqdim etməlidirlər. Prezidentin mətbuat katibi vəzifəsini icra edən Karlo Noqrales bildirib ki, yeddi gün ərzində mümkün simptomları müşahidə etmək və baş verərsə, bu barədə məlumat vermək lazımdır.
Peyvənd olunmamış turistlər xüsusi müəssisədə karantinə alınmalıdır.
Fevralın 1-dən peyvənd olunmuş turistlər Taylanda gəldikdən sonra karantinə düşə bilməyəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.