AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa polisi Ermənistan vətəndaşını saxladı

  • + A
  • - A
  • 6-02-2022, 13:00

    Fransa polisi Ermənistan vətəndaşını saxladı

    Fransa polisi bir neçə qayda pozan Ermənistan vətəndaşını saxlayıb.

    AzadMedia.az xəbər verir ki, Fransa polisi Karkason şəhərində reyd zamanı qırmızı işıqda keçən avtomobilə saxla işarəsi verib.

    Sürücü əmrə tabe olmadığı üçün təqib edilərək saxlanılıb.

    Yoxlama zamanı onun 52 yaşlı Ermənistan vətəndaşı olduğu müəyyən edilib. Polis idarəsinə gətirilən erməninin sürücülük vəsiqəsi olmadığı üzə çıxıb. Alkoqol müayinəsi zamanı onun qanında 1,12 promil spirt aşkar edilib.

    Karkason polisi faktı rəsmiləşdirərək hüquqi qiymət verməsi üçün prokurorluğa göndərib. Ermənistan vətəndaşı isə iltizam alınaraq sərbəst buraxılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR