AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər

  • + A
  • - A
  • 24-02-2022, 22:39

    Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər

    Çernobıl Atom Eleketrik Stansiyası ilə bağlı son dəqiq məlumat: Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər.

    Azadmedia.az xarici kiv-lərə istinadən məlumat verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müşaviri Alena Şevtsova deyib: "Ruslar Çernobıl stansiyasını ələ keçiriblər. Stansiyanın əməkdaşları girov saxlanılır. Bu, təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyini təhdid edir"

    Digər təsdiqləyici məlumatı Ukrayna Prezidenti ofisinin rəhbərinin müavini Mixail Podolyak verib:

    "Ağır döyüşdən sonra Çernobıl sahəsinə nəzarətimiz itirildi. Keçmiş Çernobıl AES-in obyektlərinin vəziyyəti, saxlama və nüvə tullantılarının saxlanılması vəziyyəti məlum deyil. Rusların bu istiqamətdə tamamilə mənasız hücumundan sonra Çernobıl AES-in təhlükəsiz olduğunu demək mümkün deyil. Bu, Avropa üçün bu gün ən ciddi təhlükələrdən biridir. Rusların vərdişlərini bilərək deyirəm , onlar yəqin ki, Çernobıl AES-də artıq təxribat xarakterli şeylər hazırlayırlar, ya da ondan istifadə edəcəklər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR