Ermənistanın yeni prezidenti Vaaqn Xaçatryanın andiçmə mərasimi keçirilib.
AzadMedia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, martın 3-də Ermənistan parlamenti ikinci cəhdində 1990-cı illərdə İrəvanın meri olmuş Vaaqn Xaçatryanı ölkənin beşinci prezidenti seçib.
Onun namizədliyi hakim “Vətəndaş Müqaviləsi” partiyası tərəfindən irəli sürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.