AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir gündə 200-dən çox rusiyalı hərbçi Ukraynada öldürüldü

  • + A
  • - A
  • 25-03-2022, 18:00

    Bir gündə 200-dən çox rusiyalı hərbçi Ukraynada öldürüldü


    Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində Rusiya hərbçilərinin itkiləri ilə bağlı məlumat yayıb.

    "Unikal" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının martın 25-nə olan əməliyyat icmalında məlumat verilib.

    “Ötən sutka ərzində düşmənin 9 hücumu dəf edilib, 12 tankı, 20-yə yaxın zirehli və avtomobil texnikası, 9 artilleriya sistemi məhv edilib. Düşmən 200-dən çox hərbi qulluqçusunu itirib. Hava hücumundan müdafiə bölmələri Rusiyanın 2 təyyarəsini və 2 PUA-sını vurub. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması ötən gün ərzində düşmənin 6 hava hədəfini vurub: 1 təyyarə, 1 PUA və 4 qanadlı raket”, - məlumatda deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR