Türkiyə iyunun 1-dən ölkəyə daxil olmaq üçün mənfi PCR və ya koronavirusa qarşı anticisim testləri üçün məcburi tələbi ləğv edib.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"İyunun 1-dən ölkəyə daxil olmaq üçün ölkəyə girişdən ən geci 72 saat əvvəl koronavirus üçün mənfi PCR testi və ya ölkəyə girişdən sonra 48 saat ərzində mənfi sürətli antigen testi tələb olunmayacaq", - məlumatda deyilir.
Nazirlik bu qərarı Türkiyədə koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi əsasında qəbul edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.