Quql özünün küçə hərəkəti xəritə xidmətinin görüntülərinə əsasən Yaxın Şərq və Şimali Afrikada ən çox ziyarətçi axını olan 10 məkanın adını açıqlayıb.
2013-cü ildə ilk dəfə Birləşmiş Ərəb Əmirliklərində müşahidə aparan bu xidmət sonradan digər ərəb ölkələrini də əhatə edib.
Quqlun icmalına görə, sözügedən regionda ən çox ziyarət edilən məkan Dubaydakı dünyanın ən hündür binası olan Bürc Xəlifədir. Siyahıda ikinci yeri Məkkədəki müqəddəs Kəbə, ondan sonrakı yeri isə Misirdəki “Giza” nekropolu tutur. İlk onluğa, həmçinin Məkkədəki Məscid əl-Haram, Misir ehramları və Sfinks heykəli, Mədinədəki Peyğəmbər məscidi, Dubaydakı Bürc əl-Ərəb”, Dubay fəvvarəsi və bu şəhərdəki Beynəlxalq Hava Limanı da daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.