AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan ərəb ölkələrini xəyanətdə ittiham edib

  • + A
  • - A
  • 31-01-2020, 15:24

    Ərdoğan ərəb ölkələrini xəyanətdə ittiham edib


    “İslam ölkələrinin Trampın “Əsrin sazişi” planına münasibətinə baxanda halımıza acıyıram”.
    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    “Başda Səudiyyə Ərəbistanı olmaqla, nə İordaniya, nə Bəhreyn, nə də Birləşmiş Ərəb Əmirliklərinin səsi çıxır. Bəs nə zaman səsinizi çıxaracaqsınız? Hələ bir bunu alqışlayırlar, ayıb olsun. “Əsrin sazişi”ni dəstəkləyən ərəb ölkələri öz xalqlarına xəyanət edirlər”, – deyə Ərdoğan qeyd edib.

    Xatırladaq ki, bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib. Tramp bildirib ki, Qüds İsrail dövlətinin bölünməz paytaxtı olaraq qalacaq. /bizimyol.info/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR