Ermənistan polisi Masis şəhər bələdiyyəsinin binasına girmiş silahlı şəxsi zərəsizləşdirib.
Bu barədə Masis şəhər bələdiyyəsinin müavini Norayr Akopyan məlumat verib.
Silahlı şəxsin saxlanması üçün əməliyyat 3 saatdan çox davam edib. Hadisə zamanı binada mühafizəçi və xadimə olub.
23:00
Bir müddət əvvəl naməlum şəxs Masis City Hall binasına qumbara atıb.
Qumbara təlim xarakterli olub və partlamayıb.
Hazırda polis və MTN əməkdaşları hadisə yerində işləyir, vətəndaşların həmin əraziyə daxil olmasını qadağan edib.
İlkin məlumatlara görə, qumbara atan Edvard adlı 40 yaşlı kişidir, lakin onun hansı tələbləri irəli sürdüyü hələlik məlum deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.