Qırğızıstanın hakimiyyət orqanları 2023-cü il yanvarın 1-dən yerli sənətçilərə çıxışları zamanı fonoqramdan istifadə etməyi qadağan edib. Müvafiq sərəncamı mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov imzalayıb. Azadmedia.az xəbər verir ki, bu barədə RİA Novosti-yə idarənin mətbuat xidmətinə istinadən məlumat verilib.
Sərəncama əsasən, incəsənət xadimləri dövlət mədəniyyət və təhsil müəssisələrində, teatrlarda, filarmoniyalarda, konsert salonlarında, klublarda, kinoteatrlarda, muzeylərdə və kitabxanalarda keçirilən tədbirlərdə canlı çıxış etməlidirlər. Həmçinin idman və kütləvi mədəniyyət tədbirlərində canlı ifa mütləqdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.