Biznesmenin iyrənc əməli - Öz ailəsini pulla satırmış...
Moskva polisi tükürpədici cinayətin üstünü açıqlayıb.
İflasa uğrayan biznesmenin 10 il ərzində öz ailəsini cinsi istismara məruz qoyduğu ortaya çıxıb.
47 yaşlı cinayətkarın qurbanları onun 41 yaşlı həyat yoldaşı, 18, 10 yaşlı qızları və 20 yaşlı oğlu olub. Ailənin iki azyaşlı üzvü seksual istismarın şahidi olub.
Polisə biznesmenin 18 yaşlı qızı Alyona S. müraciət edib. Onun sözlərinə görə, atası üç yaşında olarkən ona qarşı qeyri-etik hərəkətlər edib. Alyona 10 ildir atası tərəfindən müxtəlif kişilərə satıldığını etiraf edib.
Hadisəni araşdıran polislər Alyonanın anasını dindiriblər. Onun etirafı polisləri dəhşətə gətirib. Qadın bildirib ki, həyat yoldaşı onunla yanaşı doğma qızları ilə də mütəmadi olaraq cinsi əlaqə olub. Biznesmen, həmçinin bu işə öz yaxınlarını da cəlb edib. Qadın dəfələrlə polisə müraciət etmək istəsə də, əri onu şantaj etdiyi üçün bu addımı ata bilməyib.
"O, polisə müraciət edəcəyimiz təqdirdə bizi öldürəcəyini deyirdi", - deyə 41 yaşlı Olqa ifadəsində bildirib.
Alyona atasının iyrənc əməli haqda polisə 20 yaşlı qardaşı Yevqeni S. hərbi xidmətə yollandıqdan sonra müraciət edib.
"Qardaşım atama qarşı çıxmağa çalışırdı. Amma onun qarşısını almaq mümkün deyildi. Qardaşım hərbi xidmətə yollandıqdan sonra biz polisə şikayət etdik".
10 il öz ailəsinə təcavüz edən Aleksey S. Novoluçansk küçəsində yerləşən evlərdən birində saxlanılıb. O, əməlini etiraf edib, barəsində cinayət işi açılıb.
///azvision.az