AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ronaldo Səudiyyə Ərəbistanı çempionatının matçında dubl edib

  • + A
  • - A
  • 5-04-2023, 02:00

    Ronaldo Səudiyyə Ərəbistanı çempionatının matçında dubl edib

    Səudiyyə Ərəbistanı futbol çempionatının 29-cu turunda “Əl-Nəsr” səfərdə “Əl-Adalh”ı məğlub edib.

    Görüş 5:0 hesabı ilə başa çatıb, Kriştianu Ronaldo (hər ikisi penaltidən) və Anderson Taliska hərəyə 2 qol vurub.

    Bu qələbədən sonra “Əl-Nəsr” 52 xal toplayaraq çempionat cədvəlində ikinci, “Əl-Adalh” isə 17 xalla 15-ci yerdədir.

    38 yaşlı Ronaldo 2023-cü ilin yanvarında “Əl Nəsr”ə keçib. Bu mövsüm o, yeni klubunda bütün turnirlərdə 11 oyun keçirib, 11 qol vurub və iki məhsuldar ötürmə edib.

    Ronaldo 2022-ci ilin noyabr ayından "Mançester Yunayted"lə müqaviləsinə xitam verildikdən sonra komandasız qalıb. Portuqaliyalının İngiltərə klubunun məşqçilər korpusunu, rəhbərliyini və siyasətini tənqid etdiyi qalmaqallı müsahibəsi səbəbindən razılaşma pozulub.

    Bundan əvvəl Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun Paris Saint-Germain-in argentinalı hücumçusu Lionel Messiyə illik 400 milyon avro maaşla müqavilə ilə bağlı rəsmi təklif göndərdiyi bildirilirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR