"Rusiya PUA-larla mübarizə aparır və öz tapşırıqlarının öhdəsindən səmərəli şəkildə gəlir".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov PUA-ların Moskva vilayətinə gecə hücumlarını şərh edərkən deyib.
"Həqiqətən də hücum olub. Dronlarla mübarizə vasitələri öz vəzifələrinin öhdəsindən gəlib. İndi müvafiq orqanlar araşdırma aparır", - Kreml sözçüsü bildirib.
İyunun 21-də Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, Rusiya hərbçiləri Moskva vilayətində iki pilotsuz təyyarəni vurublar. Daha sonra Rusiya Müdafiə Nazirliyi bu məlumatı təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.