AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Masallının gənc Şəhidi Fuad Qorxmaz oğlu Novruzov” - ÖZƏL

  • + A
  • - A
  • 10-07-2024, 12:48

    “Masallının gənc Şəhidi Fuad Qorxmaz oğlu Novruzov” -



    Masallı, 10 iyul — Azadmedia.az

    “Masallının gənc Şəhidi Fuad Qorxmaz oğlu Novruzov”


    ...Mənfur düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid övladım barədə yazmaq şərəfli olduğu qədər də çətindir..

    Hər zaman sən sağ olasan, Vətən! Daha bir gənc sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan canını fəda edib.

    Bir ata övlad cənazəsinin yarında donub qalıb, axı övladını öz əlləri ilə tapşıracaq soyuq torpağa. Əlbətdə ki, adi ölüm olsaydı, bu həmin ata üçün çox çətin olardı..
    Xeyli əziyyətlərlə böyütdüyü övladına, nə böyük arzular bəsləmişdi. Ancaq şəhid atası olduğu üçün yenilməzliyi, mərdliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir.. Beləliklə başını dik tutub, göz yaşlarını ovundurmağa çalışır. Dindirəndə isə sakin bir səslə belə söyləyir: “Yüzlərlə belə oğul fəda edərəm Vətən uğrunda, təki Vətən sağ olsun!”.

    Qəmli ata oğlunun tabutu üstünə sərilən üç rəngli, ay-ulduzlu bayrağımızdan öpür, ətrafa baxır.. Övladının əsgər yoldaşlarından təskinlik tapır.. Beləcə, hər kəs baş əyir Şəhid məzarının önündə: Səninlə fəxr edirik, qəhrəmam Azərbaycan əsgəri, şərəflə qorudun Vətəni!deyirlər..

    Ana Vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığa qovuşması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, sözsüz ki, bu, Azərbaycan Xalqının böyüklüyüdür, mərdliyidir.. Şəhid qanı axmayan torpaqdan əlbətdə ki, Vətən olmaz. Azərbaycan xalqı öz torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır!

    Elə sentyabrda, məhz payızda başlamışdı Vətən müharibəmiz, elə payızda da sona yetdi. 44 günlük Vətən müharibəsi 30 illik işğala son qoymaqla  tarixə Böyük Zəfərlə yazıldı. Böyük Zəfərin qazanılmasında minlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdilər. Belə  cəsur oğullardan biri də qəhrəmanlar diyarı kimi tanınan, cənub bölgəmizim tac mahalı sayılan Masallı rayonunda doğulub boya-başa çatan şəhid Fuad Novruzovdur..

    Bəli, Şəhid Fuad Qorxmaz oğlu Novruzov.. 04.02.1983-cü il Masallı şəhəri İsgəndərli ərazisində mühəndis ailəsində anadan olmuşdur. Təhsilini İsgəndərli kənd Zülalov adına tam orta məktəbində almışdır. Yeniyetmə vaxtlarında peşəkar futbolçu olaraq yetişmişdir, belə ki, o Azərbaycan Respublikası Futbol Federasiyasının üzvü idi və Federasiya tərəfindən dəfələrlə diplom və ordenlərlə təltif edilmişdir.
    1988-1989-cu il ərzində Masallı Viləş komandasında oynamış və II yeri tutmuşdular.
    Masallı futbol komandasında oynadığı müddətdə şəhid Fuad Novruzov 10nömrəli formanı daşımışdır. 2000-ci ildə döyüş bölgəsinə N-saylı hərbi hissəyə yollanmışdır.
    Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti altında torpaqlarımızın müdafiəsi zamanı xidməti vəzifəsini icra edərkən şəhid olmuşdur.
    Xidmət dövrünü Fizuli-Beyləqan istiqamətlərində keçmişdir.
    Şəhid Fuad Novruzovun şəhidlikdən qabaq əldə etdiyi idman nəaliyyətləri qəzetlərdə dərc olunmuşdur.

    Hazırda, Şəhidə məxsus olan aksesuarlar Masallı Dövlət Tarixşunaslıq muzeyində saxlanılır.


    Bəli, Şəhidlik Vətən, torpaq uğrunda canından keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır
    Şəhidlər ölməz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq və qürur hissi ilə yad edəcəklər. Eləcə də, Şəhid Fuad Qorxmaz oğlu Novruzovu..
    Ən önəmlisi isə, Şəhidlərin xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, qəlbimizdə yaşayır..
    Onlar heç vaxt amma heç vaxt ölməyəcək..
    Ruhumuzda, mənəvi dünyamızda, ürəyimizdə yaşayacaqlar..

    Bəli, bu gün şəhidlər bizim həm nisgilimiz, həm də qürur yerimiz, fəxrimizdir. Bütün gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşımızın ən ümdə vəzifəsi və borcudur...


    10/07/2024-cü il
    Şəhid atası Novruzov Qorxmaz


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR