Azərbaycan XİN Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktını pisləyib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb.
“Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktını qətiyyətlə pisləyirik. Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, - məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.