AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Texniki Universitetinin tələbələri Türk Aviasiya və Kosmik Sənaye Şirkətində təcrübə keçəcəklər

  • + A
  • - A
  • 15-01-2022, 15:07

    Azərbaycan Texniki Universitetinin tələbələri Türk Aviasiya və Kosmik Sənaye Şirkətində təcrübə keçəcəklər

    Türkiyənin Ankara şəhərində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türk Aviasiya və Kosmik Sənaye şirkəti (TUSAŞ) arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

    Protokolu AzTU-nun elm və innovasiya üzrə prorektoru, prof.dr. Çetin Elmas, TUSAŞ-ın baş direktoru, prof.dr. Temel Kotil və TUSAŞ Uçuş Akademiyasının rəhbəri, dr. Mehmet Demiroğlu imzalayıb.

    Sənədə əsasən, AzTU-nun tələbələri TUSAŞ–da 4 ay müddətində təcrübə proqramı keçəcəklər. Təcrübə proqramında iştirak üçün AzTU-nun bakalavr (4-cü kurs), magistrant və doktorantları arasından ilkin olaraq 25 nəfər seçiləcək. Tələbələrin Türkiyədə bütün xərcləri TUSAŞ tərəfindən qarşılanacaq. Eyni zamanda, tələbələrə təcrübə proqramı müddətində gördükləri işin müqabilində əməkhaqqı da veriləcək. Dissertasiya və müdafiə işləri mövzularını TUSAŞ-dan götürən tələbələrə tədqiqat aparmaları üçün bütün şərait yaradılacaq. AzTU-nun tələbələri TUSAŞ-ın mütəxəssisləri ilə birgə bu il Azərbaycanda keçiriləcək “Texnofest-2022” festivalına hazırlaşmaq imkanı da əldə edəcəklər. Bundan başqa, TUSAŞ-ın bu il AzTU-da karyera sərgisi keçirməsi də nəzərdə tutulub.

    Qeyd edək ki, TUSAŞ hər növ hava və kosmik vasitələrin dizaynı, istehsalı sahəsində dünyanın ən qabaqcıl şirkətlərindən biridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR