AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gömrük şefi eyni anda EGE və BDU-nu necə bitirib? - komitə hələ susur...

  • + A
  • - A
  • 11-12-2018, 10:55

    Gömrük şefi eyni anda EGE və BDU-nu necə bitirib? - komitə hələ susur...














    Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevin diplom işi mediada ciddi şəkildə araşdırmalara səbəb olub.

    Cahan.info xəbər verir ki, komitə sədrinin 1993-1998-ci illərdə Türkiyənin EGE Universitetində təhsil aldığı halda eyni tarixdə Bakı Dövlət Universitetinin hüquq fakultəsini necə bitirdiyi sual edilir. Lakin DGK-nin mətbuat xidmətindən bu ziddiyyətlə bağlı açıqlama verilmir.

    Belə ki, S.Mehdiyev 1993-1998-ci illərdə Türkiyənin EGE Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alaraq həmin universiteti beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə, Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib.

    Cumhuriyyet.net-in araşdırmasına görə, S.Mehdiyevin 93-98-ci illərdə Naxçıvanla Türkiyə arasında biznes əlaqələri olub. Kiçik bizneslə məşğul imiş.

    İzmirdə yerləşən həmin ali məktəbdə təhsilini başa vurmayan gömrük şefi qəfildən BDU-nun hüquq fakultəsini bitirir. Jurnalist sual edir ki, EGE-də iqtisadiyyat təhsili alan tələbə BDU-ya necə transfer olub?

    Əlavə qeyd edilir ki, 1998-ci ildə artıq Abel Məhərrəmov BDU-nun rektoru təyin edilmişdi. Deməli, S.Mehdiyevlə A.Məhərrəmovun dostluğu məsələni yerindəcə həll edib.

    Cahan.info mozalan.az-a istinadla xəbər verir ki, gömrükdə "paket sistemi" ləğv edilib. Komitə işçilərindən biri deyib ki, S.Mehdiyev gələndən ac qalmışıq.

    "Nəinki şöbə rəisləri, hətta müavinlər belə "paket"dən məhrum olub. Qalmışıq quru maaşın ümidinə. Bilmirik nə edək. Heyif deyildi köhnə vaxtlar..."

    Aydın Əliyevin vaxtında aylıq "paket"i 10 min manata çatan şöbə rəisləri vardı. Müavinlər bundan 3-4 dəfə çox ala bilirdilər.

    Gömrüklə bağlı digər xəbərlər ondan ibarətdir ki, Səfər Mehdiyevin vəziyyəti gərgin olaraq qalır.

    Teref.az-a daxil olan məlumata görə DGK-nin kurasiyası Vasif Talıbova veriləndən sonra gömrükdə sərt islahatların başlayacağı gözlənilir.

    Vasif Talıbovun sərt idarəetməsi dəfələrlə Naxçıvanda özünü göstərib. Lakin nə qədər ki, bu Səfər Mehdiyevə toxunmurdu hər şey yaxşı gedirdi. Səfər Mehdiyevdən isə ancaq və ancaq DGK-ndə inqilabı dönüş yaratması tələb olunurdu.

    Lakin göründüyü kimi, komitə əvvəlki rejimdə işləyir, astronomik rüşvətlər (n axırınc avtonəqliyyatda gömrüklə bağlı mediada qalmaqal), qanunsuzluqlar və sairə..

    Lakin V.Talıbov Naxçıvandan sağlamlaşdırma hərəkətinə başlayıb. Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov Səfər Mehdiyevin yaxın dostu idi. Və onun belə vəzifədən azad edilməsi Səfər Mehdiyev üçün gözləniləməz oldu.

    Nəzərə alsaq ki, Asəf Məmmədov həm də Vasif Talıbova yaxın adam sayılırdı, onun belə sərt vəzifədən götürülməsinin Səfər Mehdiyevə pis təsir etməsi başa düşüləndir.

    Hazırda Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general mayoru Ehtiram Xəlilovla bağlı dia.az-a ilginc informasiyalar daxil olub.

    Belə ki, bilgili qaynağın iddialarına görə, əvvəllər Dövlət Gömrük Komitəsinin hazırki sədri Səfər Mehdiyevə o qədər də yaxın olmayan, sonradan, yəni Səfər Mehdiyevin DGK rəhbərliyinə təyinatının ardından səf dəyişdirən Ehtiram Xəlilov bu gün yeni rəhbərliyin “qara kassası” rolunda çıxış etməkdədir.

    Ehtiram Xəlilovu hazırda tutuduğu vəzifəyə Səfər Mehdiyev təyin edib: “Daha əvvəl isə o, Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib.

    Lakin harda işləməsindən, yəni hansı kürsüdə oturmasından asılı olmayaraq Ehtiram Xəlilovun əsas vəzifəsi məhz köhnə rəhbərliyin özü və qonaqları üçün məclis tərtib etmək olub”.

    Ehtiram Xəlilovun əsas istedadı da məhz bunula yekunlaşıb: “Yəni onun peşəkar gömrükçü kimi elə bir məziyyətləri də yoxdur. General paqonunu da ona elə köhnə rəhbərlik hədiyyə edib.

    Amma sonradan Ehtiram Xəlilov “hər cür şəraitə uyğunlaşma” məharətini ortaya qoyaraq Səfər Mehdiyevin səngərində yer alıb. Nəticəsi isə təbii ki, vəzifə mükafatı və bu gün də Səfər Mehdiyevin xidmətində dayanmaq olub”.

    Səfər Mehdiyev DGK sədri olduqdan sonra Etiram Xəlilov bütün qara biznesə nəzarətetməkdədir. Gömrükdə hansı yüklər hara gedir, - bunu ondan soruşmaq olar.

    Təbii ki, bu da Səfər Mehdiyev üçün olduqca incə məsələlərdəndir. Bu məlumatlar son bir-iki ay ərzində yayılıb və görünür ki, yeni gömrük şefi yeniliklərlə deyil, ənənəvi fəaliyyətlə gündəmdədir. Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR