Rusiya qoşunlarının Ukraynanın Dnepr şəhərinə raket hücumu nəticəsində 4 nəfər ölüb, daha 40 nəfər yaralanıb.
Bu barədə Dnepr meri Boris Filatov və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının səlahiyyətlərini icra edən Vladislav Qayvanenko bildirib.
"Dneprdə xəsarət alanların sayı 40 nəfərə çatıb. Onların böyük əksəriyyəti xəstəxanalardadır, 11 yaralının vəziyyəti ağırdır. Dörd nəfərin ölümü təsdiqlənib", - bəyanatda deyilir.
Axtarış-xilasetmə işləri başa çatıb.
Hücum nəticəsində dörd çoxmərtəbəli bina zədələnib, 200-dən çox pəncərə sındırılıb, təhsil müəssisəsinin binası, xeyriyyə təşkilatının binaları və bir sıra qeyri-yaşayış obyektləri dağıntılara məruz qalıb. Həmçinin dördmərtəbəli ofis binası və 49 avtomobilə ziyan dəyib.
Dnepr meri bildirib ki, Rusiya qoşunlarının hücumu nəticəsində şəhərdə həlak olanların xatirəsinə dekabrın 2-də Matəm Günü elan olunub.
***
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinə raket hücumu nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Bu barədə Ukrayna KİV-ləri Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vladislav Qayvanenkoya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, yaralılardan üçü ambulator müalicə alır, qalanları xəstəxanaya yerləşdirilib. Altı yaralının vəziyyəti ağır qiymətləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.