AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistanda yerli icra administratorunun avtomobili atəşə tutulub, 4 nəfər ölüb

  • + A
  • - A
  • Bu gün, 14:14

    Pakistanda yerli icra administratorunun avtomobili atəşə tutulub, 4 nəfər ölüb

    Pakistanda silahlı şəxslər ölkənin şimal-qərb hissəsində yerli icra nümayəndəsi də daxil olmaqla, 4 nəfəri öldürüb.

    Yerli icra administratoru, onun iki cangüdəni və yoldan keçən təsadüfi bir insan silahlı hücumun qurbanı olub.

    Hücum ölkənin Xeybər-Paxtunxva vilayətində baş verib.

    Yerli polisin məlumatına görə, icra hakimiyyəti administratorunun maşını silahlılar tərəfindən pusquya salınıb.

    Hələlik hücumla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

    Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

    Qeyd edək ki, dünən Pakistanın şimal-qərb hissəsində Lakki Mərvat bölgəsində polis maşını partladılıb və nəticədə bir polis zabiti həlak olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR