AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib

  • + A
  • - A
  • 8-12-2025, 15:38

    Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib


    Danışıqlar ərazi məsələsinə görə dalana dirənib

    Bu barədə Prezident Volodimir Zelenski bildirib.

    Onun sözlərinə görə, ABŞ, Rusiya və Ukrayna arasında fərqli baxışlar var və Donbasla bağlı vahid yanaşma yoxdur.

    Ukrayna Prezidenti deyib ki, ABŞ-ın sülh təşəbbüsü üzrə danışıqların iştirakçıları hələ də ərazi məsələsində razılığa gələ bilmirlər.

    Zelenski qeyd edib ki, ABŞ-ın planının bəzi elementləri bir sıra “həssas məsələlər”, o cümlədən müharibədən əziyyət çəkən ölkə üçün təhlükəsizlik təminatları və şərq bölgələrinə nəzarət kimi məsələlər üzrə əlavə müzakirə tələb edir.

    O əlavə edib ki, Kiyev Qərb müttəfiqləri, ilk növbədə ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə ayrıca saziş bağlamaqda israrlıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR