AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu il “Türk axını” ilə Macarıstana 8 mlrd. kub metr qaz tədarük ediləcək

  • + A
  • - A
  • 8-12-2025, 17:23

    Bu il “Türk axını” ilə Macarıstana 8 mlrd. kub metr qaz tədarük ediləcək

    Macarıstan Türkiyəni etibarlı tranzit tərəfdaşı hesab edir.

    Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto “X” hesabında türkiyəli həmkarı Hakan Fidanla görüşünü şərh edərkən bildirib.

    “Türkiyə-Macarıstan Birgə Məsləhət Mexanizminin ilk iclası bu gün xarici işlər və müdafiə nazirlərinin, milli təhlükəsizlik müşavirləri və böyük hərbi şirkətlərin rəhbərlərinin iştirakı ilə keçirildi. Biz Ukrayna müharibəsinin danışıqlar yolu ilə həll olunmasını dəstəkləyən Türkiyə ilə həmrəyik və enerji təminatı marşrutlarına hücumları qınayırıq. Fərqi yoxdur bu hücumlar Rusiyadakı neft borularını hədəfə alır, yoxsa Qara dənizdəki tankerləri. Türkiyə etibarlı və ədalətli tranzit tərəfdaşıdır. Bu il, təxminən 8 milyard kub metr qaz “Türk axını” boru xətti ilə Macarıstana nəql ediləcək”, - Siyarto qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR