AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəşad Nəbiyev “NVIDIA” şirkətinin vitse-prezidenti ilə görüşüb

  • + A
  • - A
  • 13-12-2025, 14:59

    Rəşad Nəbiyev “NVIDIA” şirkətinin vitse-prezidenti ilə görüşüb

    "ABŞ-yə səfər çərçivəsində “NVIDIA” şirkətinin qlobal süni intellekt təşəbbüsləri üzrə vitse-prezidenti Kalista Redmond ilə görüşdük".

    Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşımında qeyd edib.

    O, görüş zamanı Azərbaycan və “NVIDIA” arasında əməkdaşlıq çərçivəsində suveren milli süni intellekt platformalarının qurulması və yüksək hesablama gücünə əsaslanan dövlət xidmətlərinin modernizasiyası üzrə imkanları müzakirə etdiklərini bildirib:

    "Həmçinin suveren süni intellekt ekosisteminin əsas elementləri və iştirakçıları, startapların inkişafı, süni intellekt üzrə kadr hazırlığı və “NVIDIA” texnologiyalarının strateji sahələrdə tətbiqi üzrə birgə təşəbbüslər barədə fikir mübadiləsi apardıq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR