AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır

  • + A
  • - A
  • Bu gün, 11:08

    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır

    Prezident İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarını dünyanın aparıcı investorlarına təqdim edən mühüm beynəlxalq platformadır.

    Forumun önəmi burada müzakirə olunan qlobal əhəmiyyətli iqtisadi mövzularla yanaşı, Azərbaycana gələn investorların miqyası və səviyyəsi ilə də ölçülür.

    Bu il Bakıda qlobal maliyyə və investisiya bazarının aparıcı şirkətlərinin, investisiya və suveren fondların, beynəlxalq maliyyə institutlarının rəhbərləri bir araya gəliblər. Müzakirələrdə BlackRock/GIP, Franklin Templeton, PGIM, Brookfield, KKR, Ares, Neuberger Berman kimi qlobal investisiya qurumları, eləcə də Türkiyə Sərvət Fondu, Sinqapurun Temasek fondu və digər böyük institusional investorlar təmsil olunur.

    Forumda iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi təxminən 30 trilyon ABŞ dollarına çatır. Bu miqyasda qlobal investorların Bakıda bir araya gəlməsi Azərbaycanın investisiya imkanlarına marağın göstəricisi olmaqla yanaşı, ölkəmizin iri beynəlxalq kapital üçün təqdim etdiyi imkanların tanıdılması, birbaşa əlaqələrin genişləndirilməsi və beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsi baxımından mühüm fürsətdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR