AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib

  • + A
  • - A
  • Bu gün, 18:14

    Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib

    Böyük Britaniya Rusiyanın ən iri 10 neft hasilatı şirkətinin hamısına qarşı sanksiya tətbiq edən ilk ölkə olub.

    Bu barədə Britaniya hökumətinin noyabrın 12-də yaydığı məlumatda bildirilib.

    Yeni sanksiya paketi Rusiya neftini və mayeləşdirilmiş təbii qazını (LNG) daşıyan “kölgə donanması” gəmilərini, iri kömür şirkətlərini, həmçinin “Rosneft” şirkətinin “Vostok Oil” layihəsini əhatə edir.

    Britaniya hökumətinin məlumatına görə, məhdudiyyətlər Rusiyanın neft və qaz sektorunda gəlir əldə etmə zəncirinin demək olar ki, bütün sahələrini – hasilatçıları, ticarət şəbəkələrini, təchizat zəncirlərini və daşımaları hədəfə alır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR