AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyranbatan su anbarının yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB

  • + A
  • - A
  • 12-06-2020, 17:40

    Ceyranbatan su anbarının yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB

    Fövqəladə Hallar Nazirliyi (FHN) iyunun 12-də Ceyranbatan su anbarının yaxınlığında baş vermiş yanğının söndürülməsi ilə bağlı məlumat yayıb.

    Bildirilib ki, Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın nazirliyin qüvvələri tərəfindən saat 15:38-də söndürülüb.

    14:11

    Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində təqribən iki hektar ərazidə yanğın olması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasını və Mülki müdafiə qoşunlarının şəxsi heyətini cəlb etməklə yanğına qarşı təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. 

    Bununla bağlı FHN məlumat yayıb. 

    Hal-hazıradək yanğın nəzarətə götürülüb və yayılmasının qarşısı alınıb. Yanğınsöndürmə işləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR