AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prokurorluqdan Ağstafadakı qətl hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

  • + A
  • - A
  • 14-06-2020, 12:00

    Prokurorluqdan Ağstafadakı qətl hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA


    Ağstafada həmkəndlisini öldürən şəxs tutulub.

    Ağstafa rayon prokurorluğundan verilən məlumata görə, iyunun 14-də gecə saat bir radələrində rayonun Dağ Kəsəmən kənd sakini 1977-ci il təvəllüdlü Hürrüyyət Şəmilovun bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    Cinayətin mərhumun həmkəndlisi 1992-ci il təvəllüdlü Tural Heydanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

    Tural Heydanov cinayətin aləti olan bıçağı istintaqa təqdim edib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.

    Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR