"Xanlar" istirahət mərkəzində intihar - Cinayət işi başlandı
"Xanlar” istirahət mərkəzinin ərazisində intihar hadisəsinin baş verməsi ilə bağlı cinayət işi başlanıb
Qəbələ rayon prokurorluğundan verilən məlumata görə, avqustun 8-də Qəbələ rayonunun Əmirvan kənd sakini 1995-ci il təvəllüdlü Mahmudov Rəvan Mahir oğlunun "Xanlar” istirahət mərkəzinin ərazisində ağacdan özünü asaraq öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Bildirilir ki, meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İntiharın səbəblərinin araşdırılması məqsədilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınmışdır.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, sağlığında R.Mahmudovla amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmamış, eləcə də mərhumun hər hansı şəxsə borcu olmamışdır.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.