“190 manatlıq ödəniş iyun və iyul ayında da verilsin!” - Deputat məsələ qaldırdı
“Aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi. Biz yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik”.
AzadMedia.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, aprel və may ayında verilən 190 manatlıq birdəfəlik ödəniş iyun və iyul ayında da verilməlidir:
“Pandemiyada əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir”.