AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

  • + A
  • - A
  • Bu gün, 09:53

    Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində yerləşən "Yujnı" limanına zərbələr endirib.

    Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bundan başqa, limanı təmin edən PS-330 "Acalik" elektrik yarımstansiyası da vurulub.

    Məlumata görə, "Yujnı" limanında yanacaq-sürtkü materialları daşıyan tanker, Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan beş yanacaq çəni, hərbi təyinatlı əmlakın saxlanıldığı on anbar, hərbi yüklərin boşaldılması və saxlanması üçün istifadə edilən liman infrastrukturu obyektləri vurulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR