Ərdoğan açıqladı: Türkiyə ən böyüklər arasında...
Türkiyə inkişaf etdikcə ona qarşı hücumlar artdı.
AzadMedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfransla qatıldığı Qars anbarının açılışında deyib.
O bildirib ki, cari ilik ilk rübündə COVİD-19-la mübarizəyə baxmayaraq iqtsadiyyatımız 4.5 faiz artıb:
“Pandemiya olmasaydı, iqtisadiyyatımız daha da inkişaf edərdi. Şükürlər olsun ki, hər hücumdan güclənərək çıxmağı bacardıq”.
Ərdoğan qeyd edib ki, hazırda Türkiyə iqtisadiyyatının bərpası ürəkaçandır:
“Mərkəzi Bankda valyuta ehtiyatımız 93 milyard dolları keçib.
Bir neçə ölkə ilə pul mübadiləsi barədə danışıqlar aparırıq. Beləliklə, türk lirəsini dünyada vacib valyutaya çeviririk.
Eyni zamanda, Türkiyəni dünyanın ən böyük 10 iqtisadiyyatı arasına daxil etməyə çox yaxınıq”.