AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Peskov: “Kreml Boltonun kitabının məzmununu öyrənir”

  • + A
  • - A
  • 23-06-2020, 21:20

    Peskov: “Kreml Boltonun kitabının məzmununu öyrənir”

    “Kreml Ağ Evin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun kitabının məzmununu tədricən öyrənir”.

    Gazeta.ru-nun məlumatına görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    “Sakit tərzdə oxuyuruq. Ancaq bu, Boltonun versiyasıdır. Belə deyək ki, bunlar bu cür yüksək vəzifəli məmurların səmimiyyəti üçün o qədər də xarakterik deyil”, - deyə, D.Peskov bildirib.

    Onun sözlərinə görə, kitabdakı məlumatlar “başqalarına ötürülməsi nəzərdə tutulmayan” olduğu üçün diqqətlə yoxlanılmalıdır.

    Xatırladaq ki, 2019-cu ildə C.Boltonun milli təhlükəsizlik müşaviri vəzifəsində fəaliyyəti barədə kitab yazacağı bəlli olub. Məhkəmə prezident administrasiyasının bütün cəhdlərinə baxmayaraq, kitabın nəşr edilməsinə icazə verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR