Türkiyədə koronadan ölənlərin sayı 5 mini ötdü
![]()
Türkiyədə gün ərzində daha 27 nəfər koronavirusdan dünyasını dəyişib.
AzadMedia.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 5 min 1 nəfərə çatıb.
Nazir bildirib ki, indiyədək 190 min 165 nəfər bu virusa yoluxub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.