Milli Məclisin növbədənkənar sessiyası öz işini başa vurub.
AzadMedia.Az-ın xəbərinə görə, bu barədə parlamentin iclasında spiker Sahibə Qafarova bildirib.
Milli Məclis sədri söyləyib ki, parlamentin növbədənkənar sessiyası zamanı səkkiz iclas keçirilib.
O qeyd edib ki, Milli Məclisin növbədənkənar iclaslarında 35 qanun və qərar qəbul olunub.
Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası iyunun 1-də başlamışdı.
Növbədənkənar sessiyanın bitməsinə görə, deputatlar tətilə yollanıblar.
Qanunvericiliyə əsasən Milli Məclisin payız sessiyası öz işinə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.