ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi dövlət başçısı Donald Trampın Rusiyanın ünvanına səslənən bütün ittihamları görməzdən gəlməyə meyilli olduğunu bildirib.
Bu barədə “Mediaite” məlumat yayıb.
Rusiya kəşfiyyatının guya Əfqanıstanda taliblərlə əlaqəli döyüşçülərə amerikalı hərbçilərə hücum üçün mükafat təklif etməsi və bunun D.Trampa məruzə edilməsinə baxmayaraq, prezidentin heç bir tədbir görməməsi ilə bağlı informasiyalara münasibət bildirən N.Pelosi qəzəbini gizlətməyib.
“Prezident bu barədə eşitdiyi an hər şeyi təkzib etmək əvəzinə, daha çox məlumat öyrənməyi istəməli idi”, - deyə N.Pelosi bildirib.
Onun fikrincə, D.Tramp üçün “bütün yollar Putinə aparır”. O, D.Trampı Rusiya üçün hədiyyə adlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.