AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İƏT-in yeni Baş katibi seçildi – Mavritaniyalı diplomat təşkilata rəhbərlik edəcək

  • + A
  • - A
  • Bu gün, 21:28

    İƏT-in yeni Baş katibi seçildi – Mavritaniyalı diplomat təşkilata rəhbərlik edəcək

    Mavritaniyanın keçmiş xarici işlər naziri İsmayıl Ould Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni Baş katibi seçilib.

    “Qafqazinfo” xəbər verir ki, onun namizədliyi İƏT Xarici İşlər Nazirləri Şurasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində, təşkilatın mənzil-qərargahında keçirilən növbədənkənar iclasında yekdilliklə dəstəklənib.

    Bununla da 65 yaşlı mavritaniyalı diplomat İƏT-in rəhbəri vəzifəsində Hüseyn İbrahim Tahanı əvəz edib. İsmayıl Ould Şeyx Əhməd yeni vəzifəsində beş il müddətində fəaliyyət göstərəcək.

    Diplomatik fəaliyyəti ilə yanaşı, yüksək səviyyəli beynəlxalq vəzifələrdə də çalışmış Əhməd Mavritaniyanın xarici işlər naziri olub. Onun İƏT-in Baş katibi seçilməsi təşkilatın qarşısında duran regional və beynəlxalq məsələlərin həlli baxımından mühüm siyasi qərar kimi qiymətləndirilir.

    İƏT 57 üzv dövləti birləşdirən və müsəlman ölkələri arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafını qarşıya məqsəd qoyan beynəlxalq təşkilatdır. Təşkilatın yeni rəhbərinin əsas gündəmində üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi, İslam dünyasını narahat edən regional münaqişələr və beynəlxalq platformalarda müsəlman ölkələrinin mövqelərinin əlaqələndirilməsi kimi məsələlərin dayanacağı gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR