AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Küveyt və Pakistan müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb

  • + A
  • - A
  • Bu gün, 22:28

    Küveyt və Pakistan müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb

    Küveyt və Pakistan müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb

    Küveyt və Pakistan müdafiə və hərbi sahədə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan saziş imzalayıb.

    Sənəd Küveytin müdafiə nazirinin Pakistana səfəri çərçivəsində imzalanıb. Bu barədə “Al Jazeera” məlumat yayıb.
    Razılaşmaya əsasən, iki ölkənin silahlı qüvvələri arasında operativ koordinasiyanın gücləndirilməsi, hərbi təcrübə mübadiləsi, döyüş hazırlığının və qarşılıqlı fəaliyyət imkanlarının artırılması nəzərdə tutulur.

    Tərəflər həmçinin müdafiə sahəsində institusional əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi niyyətini təsdiqləyiblər.

    Qeyd edək ki, Pakistan bu ayın əvvəlində Səudiyyə Ərəbistanı və Türkiyə ilə də birgə müdafiə sahəsində əməkdaşlıq haqqında sazişlər imzalayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR