AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan millisinin axtarışa verilən üzvünün şübhəli bilindiyi qətlin TƏFƏRRÜATI

  • + A
  • - A
  • 30-06-2020, 17:18

    Azərbaycan millisinin axtarışa verilən üzvünün şübhəli bilindiyi qətlin TƏFƏRRÜATI


    Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi iyunun 23-də Mahaçqalanın mərkəzində “Daqavtodor”un keçmiş rəhbəri Məhəmmədrəsul Ömərovun qohumu Abdulbasir Ömərovun rezonans doğuran qətli ilə əlaqədar açılan cinayət işi üzrə istintaqın təfərrüatını açıqlayıb.

    Cinayəti törətməkdə şübhəli bilinən Dağıstan Xalq Məclisinin deputatı Məhəmməd Asiyatilovun oğulları Surakat və Hüseyn Asiyatilovlar, məşhur idmançı, sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü, Avropa çempionatlarının ikiqat bürünc mükafatçısı Nurməhəmməd Hacıyev axtarışdadır.

    Cinayətdən əvvəl gənclər - respublikada məşhur ailələrin nümayəndələri arasında münaqişə baş verib. İyunun 23-də saat 22:00 radələrində Lenin Komsomolu parkının ərazisində mübahisə yaranıb. “Daqavtodor” və “Uprdor Kaspi”nin Dağıstan filialının keçmiş rəhbəri Məhəmmədrəsul Ömərovun qohumu Abdulbasir Ömərov gözlənilmədən respublika Xalq Məclisi deputatı və Şamil bölgəsinin keçmiş rəhbəri Məhəmməd Asiyatilovun oğlu Surakat Asiyatilovun üzünə zərbə vurub.

    Zərərçəkmiş onu vuran şəxsi öldürməyə qərar verib. O, doğma qardaşı Hüseyn və tanışlarını çağırıb, onlardan silahla gəlmələrini istəyib. Təxminən saat 22:40 radələrində Asiyatilov və Ömərov yenidən – bu dəfə Akuşinski prospektində yerləşən Mahaçqala Su kanalı administrasiyasının ərazisində görüşüblər.

    Silahlı Surakat Asiyatilov A.Ömərovla dalaşıb, ətrafdakı gənclər onları ayırıb və barışdırmağa çalışıblar. Bu zaman müəssisəsinin ərazisinə əllərində silah olan Hüseyn Asiyatilov və Nurməhəmməd Hacıyev, onlarla birlikdə isə 20-dən çox şəxs qaçaraq gəlib.

    İzdihamı görən A.Ömərov müəssisənin ərazisindən qaçmağa cəhd göstərsə də, Asiyatilov qardaşları və N.Hacıyev onu yerə yıxıb, bir neçə dəfə atəş açıblar. Onlar daha sonra hadisə yerindən qaçaraq gizləniblər.

    A.Ömərov aldığı çoxsaylı güllə yaralarından xəstəxanada dünyasını dəyişib.

    Surakat və Hüseyn Asiyatilovlar, həmçinin Nurməhəmməd Hacıyevlə bağlı bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılmış cinayət törətmək, qanunsuz silah gəzdirmək maddələri ilə cinayət işi açılıb, hər üçü axtarışa verilib.

    Qeyd edək ki, Nurməhəmməd Hacıyev sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvüdür. O, 2018 və 2019-cu illərdə Avropa çempionatında 97 kiloqram çəki dərəcəsində ölkəmizə bürünc medallar qazandırıb.

    Bundan başqa, N.Hacıyev 2013-cü ildə yeniyetmələr, 2014, 2015-ci illərdə gənclər və 2016-cı ildə 23 yaşadək güləşçilər arasında Avropa çempionu olub. Ötən il keçirilmiş II Avropa Oyunlarında zədələndiyi üçün final görüşünə çıxmayaraq, gümüş medalla kifayətlənib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR