AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sosial ödənişlər bütün bankomatlardan faizsiz veriləcək

  • + A
  • - A
  • 1-07-2020, 15:46

    Sosial ödənişlər bütün bankomatlardan faizsiz veriləcək

    Vətəndaşlar COVID-19 pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında sıxlığın idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın bankomatından, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomat və ya pos-terminalından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərlər.

    Hər hansı sual olacağı təqdirdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – Çağrı Mərkəzinə, Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə isə 966 – Qaynar xəttinə zəng edə bilərsiniz.

    Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası birgə məlumat yayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR