AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - 6 NƏFƏR DƏ VƏFAT EDİB

  • + A
  • - A
  • 4-07-2020, 20:00

    Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - 6 NƏFƏR DƏ VƏFAT EDİB


    Son 24 saatda Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 534 yeni yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 19801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib,8269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6846, ötən müddət ərzində isə ümumilikdə 509811 test aparılıb.

    Xatırladaq ki, 03 iyulda 583 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR