AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov media nümayəndələrini təbrik etdi

  • + A
  • - A
  • 21-07-2020, 10:21

    Deputat Məşhur Məmmədov media nümayəndələrini təbrik etdi

    Sabah Respublikamızda 22 İyul – Beynəlxalq Mətbuat Günü qeyd olunacaq. Belə ki, 145 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümünəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. Bu fikirləri Azadmedia.az saytına bildirən deputat Məşhur Məmmədov qeyd edib ki, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Ölkə mətbuatı daim cənab Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bunu müalicəyə ehtiyacı olan jurnalistlərin xaricdə müalicəsi xərclərini daim diqqətdə saxlaması, jurnalistlərin sosial problemlərinin yüngülləşdirilməsi və həyat şəraitlərinin yaxşılaşdırılması üçün Prezidentin onlara bağışladığı mənzillər və digər təqdirəlayiq əməllər sübut edir. Fikrinin sonunda deputat məsləhət gördü ki, Media əhli də çalışmalıdır ki, informasiya müharibəsində üzərlərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlsinlər. Bir daha peşə bayramınız mübarək, hörmətli Media nümayəndələri.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR