AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Əliabbas Salahzadə Medianın təbriklərinə qoşuldu

  • + A
  • - A
  • 21-07-2020, 11:22

    Deputat Əliabbas Salahzadə Medianın təbriklərinə qoşuldu


    27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat seçilən Əliabbas Salahzadə 22 iyul – Beynəlxalq Mətbuat Günü münasibətilə Azadmedia.az saytı vasitəsilə media nümayəndələrinə təbrik ünvanlayıb. Təbrikdə deyilir:
    “Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət və kəmiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir. Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasında milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq, Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunması ilə bağlı cənab Prezident İlham Əliyev sərəncam imzalayıb. İnanıram ki, bu sərəncamdan irəli gələn təklif və tələblərdən haqqı çatan hər bir media nümayəndəsi bəhrələnəcəkdir.
    Bayramınız mübarək, hörmətli media əhli. Çətin və şərəfli yolunuzda sizə uğurlar, silahiniz olan qələminizlə obyektiv, qətyyətli informasiyalarınızı oxumaq ümidi ilə...”

    Əliabbas Salahzadə,
    Milli Məclisin deputatı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR