AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri...

  • + A
  • - A
  • 21-07-2020, 21:20

    Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri...

    Azərbaycanda Qurban bayramı ilə əlaqədar beşgünlük iş həftəsində işləyənlər üçün avqustun 3-ü istirahət günü olacaq.

    Azadmedia.az Trend-ə istinadən xəbər verir ki, 31 iyul və 1 avqust ölkədə Qurban bayramı qeyd edilir.

    Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən, həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 avqust tarixi istirahət günü hesab olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR