Deputat xaricdə yaşayan həmvətənlərimizi provakasiyalara uymamağa çağirdi
Erməni radikal ünsürlərinin Azərbaycanlı icmaların üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik.
Az öncə Belçikada Azərbaycanlı gəncin ermənilər tərəfindən döyülmə səhnəsini izlədim.
Radikal erməni qüvvələrinin bu vandalizmi nə Azərbaycan, nə də erməni terrorçuluğu ilə üzləşən digər ölkələr üçün əslində yenilik deyil. Terrorizm və nifrət cinayəti Ermənistanın dövlət siyasətidir.
Los-Anceles və Brüsseldə azərbaycanlıların dinc aksiyasına qarşı ermənilərin qandan gələn barbarlığına hüquqi və ya özünəməxsus şəkildə cavab verilməsi artıq prinsipial bir məsələyə çevrilib.
Şəhid ordu generalımızın şəklinin və bayrağımızın ayaqlar altına atılaraq təhqir olunmasına, dinc aksiya iştirakçıların döyülməsinə mütləq cavab verilməlidir. Sevindirici haldır ki, artıq Xarici İşlər Nazirliyinin yeni komandası bu müstəvidə ilkin addımları atıb.
Lakin hesab edirəm tək Bəyanat verməklə kifayətlənməyib, həmin ölkələrin hüquq mühafizə xidmətlərini bu məsələyə cəlb edib, onların cəzalandırılmasını təmin etməliyik. Türkün qanına susamış erməni terror təşkilatı ASALA emblemli köynəklər geyinib azərbaycanlılara hücum çəkməyin bədəlini ödəməsələr bu daha geniş və ənənəvi müstəvi ala bilər.
Milli və dövlətçilik maraqlarını şəxsi maraqlarından üstün tutaraq xarici ölkədə küçələrə çıxan hər bir həmvətənlimizin təhlükəsizliyi bu diplomatik korpusun üzərinə düşür. Tək bu ölkələrdəki diplomatik missiyaların təhlükəsizliyi deyil, həmçinin bu ölkələrdə yaşayıb, dövlətin maraqlarına xidmət edən azərbaycanlıların da təhlükəsizliyini qorumalıdır. Bu artıq bir milli maraq məsələsidir.
İstənilən məsələnin həllində siyasi iradə və güc ilə yanaşı mənəvi güc və iradə də lazımdır. Qarabağın və itirilmiş 7 ətraf rayonun qaytarılması üçün isə bunlar mütləq gərəkdir. Hərbi güc və siyasi güc güclü iradə olduqda daha effektiv olur.
Xarici ölkələrdəki diplomatik missiya rəhbərləri bu məsələdə ölkə başçısından nümunə götürərək iradə nümayiş etdirməsi lazımdır. İnanıram ki, cənab Prezident İlham Əliyevin qətiyyəti və siyasəti, beynəlxalq nüfuzu tezliklə torpaqlarımızın azad olunması sevincini yaşadacaq xalqımıza. Fürsətdən istifadə edib üzümü xaricdə yaşayan həmvətənlərimizə və sosial şəbəkə istifadəçilərinə tutaraq provakasiyalara uymamağa çağırıram. Bizim yolumuz haqq yolu, səsimiz haqq səsidir. Cənab Prezidentin qətiyyəti 1 qarış torpağın düşməndə qalmasına imkan verməyəcək.
Məşhur Məmmədov,
Milli Məclisin deputatı