Sistem çökdü: Korona testi mesajları səhv gedir - Diqqət!
25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.
Bu barədə Axar.az-a məlumat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilib.
Agentlik yanlışlığa görə vətəndaşlardan üzr istəyib:
“Qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar. 27 iyul tarixindən başlayaraq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.